Zirehli jilet xilas etmir? İkinci Qarabağ müharibəsi günlərində jurnalistlərin işi haqda – Jam news

6516

2020-ci ilin payızında, ikinci Qarabağ müharibəsi günlərində Azərbaycan SQ ən müasir silahlardan, o cümlədən də hücum dronlarından istifadə edib, bunlar yalnız hərbi obyektlər üçün yox, həm də jurnalistlər üçün təhlükə təşkil edib.

Müharibəni işıqlandıran jurnalistlər və operatorlar yaşam və ölüm arasındakı nazik səddə işləyib və hər an həlak ola biləcəklərinin fərqində olublar.

Jurnalistlərin müharibə günlərində hansı çətinliklərlə qarşılaşdıqları və real olaraq nəyə tələbat duyduqları, jurnalist təşkilatlarından hansı yardımları aldıqları haqda danışdıqları.

Jurnalistlər “yeni nəsil müharibəsində”

Qarabağ münaqişəsi üzrə ekspert, “Civilnet” nəşrinin analitiki Tatul Hakopyan bütün 44 gündə baş verənlərin şahidi olub. O deyir ki, Qarabağa getmək ərəfəsində nələr yaşayacağını təsəvvür belə etməyib.

“Hər kvadratmetr təhlükəli idi – həlak olmaqdan və ya yaralanmaqdan heç cür sığortalanmaq mümkün deyildi. Müharibəni işıqlandıran jurnalistlər bilirlər harada durmalidirlar, necə işləməlidirlər – yazılmış və yazılmamış qaydalar var. Azərbaycan tərəfi bu balaca əraziyə “Qrad” qurğularından və dronlardan durmadan raketləri səpirdi”, – jurnalist danışır.

İlk günnlərdə Tatul dəbilqddən və zirehli jiletdən imtina edib, amma sonra “yeni nəsil” müharibənin diktə etdiyi bütün qaydalara əməl etməyə başlayıb:

“Yaxınlıqda zirehli jiletsiz dinc sakinlər vardı, mən rahat deyildim, insani olaraq adamlara zirehli jiletdə yaxınlaşmaqdan utanırdım. Amma elə məqam gəldi, mən anladım ki, bu, çox təhlükəlidir, dəbilqə də, zirehli jilet də geyinməyə başladəm, bizim redaksiyamız məni hər şeylə təmin etmişdi.

Maşınları isə açıq pəncərə ilə sürürdük ki, dronların səsini eşidək. Biz xəbərdarlıq etmişdilər: səsi eşidəndən sonra sizin cəmi yeddi saniyəniz olacaq ki, avtomobilsən sıçrayasız”.

Bu müharibəni 2016-cı ildə yaşanan “aprel” və ya “dörd günlük” müharibə adını alan hərbi əməliyyatlarla müqayisə edərək Tatul deyir ki, paralel aparmaq mümkün deyil, əvvəlki hərbi gərginlik indi uşaq oyunu kimi gəlir:

“Apreldəkini əslində artıq müharibə adlandırmaya bilərəm. Son hibrit müharibəsini postsovet məkanındakı heç bir münaqişə ilə müqayisə etmək mümkün deyil. Hətta Suriyada müharibəni işıqlandıram jurnalistlər deyirdilər ki, Suriyada heç olmasa, bilirdin ki, hakimiyyət haradadır, necə hərəkət edir, hadisələri necə işıqlandırmalısan, burada isə heç nə anlamaq mümkün deyildi”.

24News müxbirləri Sevak Vardumyan da deyir ki, bu müharibədə universitetdə ona öyrədilən təhlükəsizlik qaydaları işləmirdi:

“Nə hava həyəcanı, nə xəbərdarlıq, sən oturmusan və birdən başına nəsə düşür. Bizi “Qrad” sistemi ilə hədəfə almışdılar. Həmin an üzərimdə zirehli jilet və dəbilqə yox idi, amma xoşbəxtlikdən qəlpə çox dərinə işləməmişdi, daxili orqanları zədələməmişdi. Mən kontuziya aldım və eşitmə sinirin zədələndi.

Dörd mərmi partladı, üçüncü partlayışdan sonra mən yaralandım, amma ayağa qalxdım və həmkarımla birlikdə çəkməyə başladım. Əgər mənn qaydalara əməl etsəydim, bombardmanın sonuna qədər başımı qadırmamalı idim. Amma bu məqamda jurnalist özünə deyir ki, sən məhz bunu qeydə almaq və insanlara göstərmək üçün buadasan”.

Onunla birlikdə “Ermənistan” telekanalının operatoru və Fransanın “Le Monde” nəşrinin iki müxbiri də yaralanıb.

Ermənistanın ombudsmeni Yerevan xəstəxanasında “Le Monde”nin yaralı jurnalistlərinə baş çəkib

Sevak deyir ki, bir çox erməni jurnalistlər kimi onun da sığortası olmayıb:

“Bizim redaksiyamız bizi hər cəhətdən dəstəklədi, amma sığortanın olması daha yaxşıdır. Xüsusi təlimatlar almaq da yaxşı olardı, hətta sən hansısa nəzəriyyəni bilirsənsə və işdə şəxsi təcrübəyə sahibsənsə. İstənilən halda, sən  praktiki olaraq ölümə gedirsən, sağ qalmaq şansı 50 50-yədir, ümid edirsən ki, hansısa formada özünü müdafiə edəcəksən”.

Jurnalistlərin hüquqlarının müdafiəsi

“İnformasiya Azadlığı Mərkəzi” ictimai təşkilatı Avropa İnsan Haqları Məhkəməsinə mümharibə zamanı öz vəzifəsini yerinə yetirərkən yeddi erməni və əcnəbi jurnalistin yaralanması ilə bağlı şikayət vermək niyyətindədir.

“İndi biz bircə pozuntunun da nəticəsiz qalmaması üçün iş görürük. Söhbət erməni, rusiyalı və fransalı jurnalistlərdən gedir. Fransalılardan biri milliyyətcə ermənidir və bu, şikayət strategiyasını seçməkdə çətinlik törədir”, – mərkəzin rəhbəri Şuşan Doydoyan deyir.

Ermənistanın ombudsmeni yaralı jurnalistlərə baş çəkib

Onun sözlərinə görə, mərkəzə hüquqi yardımı Böyük Britanlyanın Media Defence təşkilatı təqdim edir:

“Onların məhz Avropa İnsan Haqları Məhkəməsi ilə iş üzrə ixtidsaslaşan vəkilləri var, onlar böyük təcrübəyə sahibdir, biz onların yareımına ümid edirik. Jurnalistlər mütəmadi olaraq müşahidə altında olurdular, onnları izləyirdilər, bu, onların yaşamaq hüququnun müdafiəsi məsələsidir”.

Sevak Vardumyan hesab edir ki, Azərbaycan SQ məqsədyönlü şəkildə və qəsdən jurnalistləri atəşə tutub. Bununla əlaqədar olaraq Agence France-Presse (AFP) reportyorlarını daşıyan üzərində “Press” yazılan maşının atəşə tutulmasını xatırladır.

Ermənistanın insan haqları müdafiəçisinin rəsmi Facebook səhifəsindən götürülmüş foto

Üstəlik Azərbaycan tərəfi Qarabağda hərbi əməliyyatları işıqlandıran jurnalistlərin atəşə tutulduğunu inkar etmir. Azərbaycan prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət şöbəsinin rəhbəri Hikmət Hacıyevölkəsinin mövqeyini belə izah edib:

“Təəssüflə qeyd etmək lazımdır ki, Ermənistan xarici jurnalistləri Azərbaycanın işğal edilmiş ərazilərinə cəlb edərək onları hədəfə çevirir. Bizim ərazilərimizə Azərbaycanın icazəsi olmadan səfərlər qanunsuzdur. Bu səbəblə Azərbaycan bu şəxslərin təhlükəsizliyinə görə məsuliyyət daşımır”.

Dağlıq Qarabağın paytaxtındakı informasiya mərkəzi üç həftə ərzində dörd dəfə yerini dəyişib.

“Niyə? Çünki biz şübhə etmirdik ki, Azərbaycan heç bir şeyin qarşısında dayanmayacaq və mətbuat konfranslarının keçirildiyi və yüzlərlə jurnalistin toplandığı binaya zərbə endirəcək”, – jurnalist Tatul Hakopyan deyir.

Müharibənin əvvəlində bir çox Ermənistan jurnalistləri və nəşrləri zirehli jiletlərin və dəbilqələrin çatışmazlığı məsələsini qaldırıblar. Jurnalist təşkilatları onlara yardım etməyə çalışıblar.

Atəş nəticəsində ziyan çəkən jurnalistlərin maşını

“Hələ 2016-cı ildə biz zirehli jilet və dəbilqələr aldıq, bizim 18 dəstimiz vardı, amma bu, kifayət etmədi. Biz də çox şad olduq ki, tərəfdaşlarımız da mövcud vasitələrə əlavə etmək imkanları tapa bildilər”, – Media Təşəbbüsləri Mərkəzinin direktoru Nune Sarqsyan deyib.

Bundan başqa, müharibə zamanı təşkilat 10-a qədər Ermənistan mediasına kiçik qrantlar ayıra bilib.

“Bəzi layihələrimiz çərçivəzsində bizim qəaət etdiyimiz vəsaitlər vardı və biz bu məsələni donorlarla müzakirə edə və fövqəladə vəziyyət şərtlərində dəstək fondu yarada bildik. Nəticədə biz ən vacib problemlərini həll edə bilsinlər deyə nəşrlərə kiçik məbləğlər ayıra bildik. Bu proses davam edir. Qrantlar qısamüddətlidir, iki-2ç min dollar həcmindədir. Biz donorlarımıza ceçikliyə və yardım etmək arzusuna görə minnətdarıq”, – Nunne Sarqsyan deyib.

Müharibə zamanı zirehli jiletlər və dəbilqələr əldə etmək çətin idi, çünki onlar hərbi mallar hesab olunurlar, “İnformasiya Azadlığı Mərkəzinin” rəhbəri Şuşan Doydoyan vurğulayır:

“Gürcüstan belə mallar üçüün yolu bağlayıb, amma biz bütün çətinlirlərin öhdəsindən gələrək “Sərhədsiz Reportyorlar” təşkilatının köməyi ilə onları Ermənistana gətirə bildik. Üstəlik biz ancaq yerli yox, həm də xarici jurnalistlərə də müdafiə vasitələri təqdim etdik, çünki onlar öz zirehli jiletləri ilə ölkəyə gələ bilməmişdilər – həmin qadağa səbəbilə”.

Foto media.am

Peşəkar problemlər

Müharibəni işıqlandıran jurnalistlərin təhlükəsizliyi məsələsi ilə yanaşı informasiya əldə olunması və yayılması ilə bağlı peşəkar problemləri də həll etmək lazım gəlirdi.

Jurnalist Tatul Hakopyan etiraf edir ki, hər gün özü ilə münaqişədə olub – o, jurnalistdir, yoxsa təbliğat qurbanı:

“Elə məqamlar olurdu ki, jurnalist mövqeyimdə qalmaqdansa, təbliğata təslim olmağa hazır olurdum. Bir də hərbi vəziyyət haqda qanun mənə öz işimi görməyə mane olurdu.

Mən mütəmadi olaraq düşünürdüm ki, hakimiyyətin, belə desək, cinayət tərkibi görə biləcəyi bir şey etməyim. Xüsusən də həmin günlərdə mən artıq Ermənistan hakimiyyətinin ünvanına tənqid səsləndirmişdim və düşünürdüm ki, onlar günah keçisi tapa bilərlər. Bu da mənə mane olurdu”.

O danışır ki, öz üuditoriyasına həqiqəti çatdırmaq üçün müxtəlif fəndlərə əl atırmış:

“Oktyabrın 19-da sosial şəbəkədəki səhifəmdə video paylaşdım və status yazdım ki, Aazərbaycan Sünik sərhədinə yaxınlaşır [Ermənistanın cənub regionu], çünki o zaman onlar faktiki olaraq Zəngilan və Qubadlıya girmişdilər.

Facebook-un ermənistanlı stifadəçiləri mənə nifrət etməli idilər, amma mən bilirdim ki, dəqiq informasiya ötürürəm. Və mən bu haqda rəsmi məlumat yayılana qədər yazdım. Statusuma reaksiyanı yumşaltmaq üçün isə ondan əvvəl və sonra mən Müdafiə Nazirliyinin mətbuat xidmətinin materiallarını paylaşdım. Mən göstərdim ki, rəsmi mənbələr vəziyyəti bu cür təqdim edirlər, mən isə belə informasiya verirəm. Mən həqiqəti gizlədə bilməzdim”.

Qayane Mkrtçyan, Yeravan